Air Group baş mühasib axtarır
İşəgötürən: Air Group
Vakansiya: Baş mühasib
Son tarix: 19 iyun 2022
Namizədə tələblər:
-Maliyyə sahəsi üzrə ali təhsil;
-Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
-Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
-İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
-Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
-MS Office və 1C 8.3 ERP proqramlarında işləmək bacarığı
-Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
-Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
-Baş mühasib təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
İş barədə məlumat:
-Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
-İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
-Mənfəət vergisi;
-Əmlak vergisi;
-Əlavə dəyər vergisi;
-Ödəmə mənbəyində tutulan vergi;
-Muzdlu işlə əlaqədar vahid bəyannamə;
-Torpaq vergisi ;
-DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
-Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
-Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
-Bank əməliyyatlarının həyata keçirilməsi;
-Əmək haqqının hesablanması;
-Bank və kassa əməliyyatları;
-Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
-Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
-İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
-Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.
Əlavə məlumatlar:
-Əmək haqqı: 1500 AZN gross
-İş qrafiki: 5 gün, 09:00 – 18:00.
-Korporativ nömrə və danışıq balansı
-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər
Vakansiyalar
- 7 ay, 2 həftə, 1 gün, 2 saat, 20 dəq
- 7 ay, 2 həftə, 1 gün, 2 saat, 22 dəq
- 7 ay, 2 həftə, 1 gün, 2 saat, 23 dəq
- 7 ay, 2 həftə, 1 gün, 2 saat, 25 dəq
- 7 ay, 2 həftə, 1 gün, 2 saat, 26 dəq