Agro West şirkətinə “Təchizat üzrə Mütəxəssis” tələb olunur

Mütəxəssis


Agro West MMC “Təchizat üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir .
Vəzifə öhdəlikləri :
-Təchizat Mütəxəssisi, Təchizat müdirininn göstərişləri əsasında şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtı vaxtında zəruri, əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə , şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatl üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir.
– Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq .istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək
– Malların gətirilmə müddətini müəyyən etmək və onun çatdırılmasını təmin etmək
-Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək.
-Alınan malların keyfiyyətinə nəzarət etmək.
-Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək.
-Ödəniş sorğularını həyata keçirtmək, ödənişlərə nəzarət etmək.
-Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək
-Mal göndərən təşkilatlarla , müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq
-Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsini təşkil edilməsi.
-Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların

Namizədə qarşı tələblər:
-Ali iqtisadi və ya texniki təhsilin olması
– Cins:Kişi
-İnkişaf etmiş texniki və kommersiya biliyi
-Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
-Ofis proqramları və mühasibatlıq proqramları üzrə geniş bilik və iş bacarığına malik olması
-Azərbaycan dili (səlis ) rus və ingilis dili (yaxşı )
– Müqavilələrlə iş təcrübəsinin olması
-Təzyiq altında işləmək bacarığının olması
İş Şəraiti
İş qrafiki: Həftə içi 5 gün
İş saatı: 09:00-18:00
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 800 azn
Ünvan: Bakıxanov qəs B.Bünyadov küç

CV-nizi vakansiyanın adını qeyd edərək e-mail ünvanına [email protected] göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]