AGRO – WEST DC LLC baş mühasib axtarır

İşəgötürən: AGRO – WEST DC LLC
Vakansiya: Baş Mühasib
Son tarix: 01 oktyabr 2022
Əmək haqqı: Namizədlərdən öz cv də minimum maaş gözləntilərini qeyd etmələri xahiş edilir
İş yeri: Bakıxanov qəs B.Bünyadov küç
Vəzifəyə olan tələblər:
-Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
-Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
-Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparır;
-Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
-Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə təşkil və nəzarət edir;
-Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
-Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
-Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
-İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
-Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
-Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
-Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
-Ayın bağlanmasını həyata keçirir;
-Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
Namizədə olan tələblər:
-Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
-Təcrübə: Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayaraq iş stajı;
-Kompyuter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı;;
-IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
-İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
-Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
-Dil biliyi: Azərbaycan, Rus
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 3 saat, 16 dəq
- 3 saat, 18 dəq
- 3 saat, 33 dəq
- 3 saat, 35 dəq
- 3 saat, 49 dəq