Agro Dairy kiçik hüquqşünas axtarır

İşəgötürən: Agro Dairy
Vakansiya: Kiçik Hüquqşünas
Son tarix: 20 avqust 2022
Tələblər
-Azərbaycan Respublikasının Konstitusiyası;
-Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr;
-Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları;
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları;
-Cəmiyyətin Nizamnaməsi və digər təsisedici sənədlər;
-Müvafiq ixtisas üzrə Ali təhsil
-İş təcrübəsi tələb olunmur
Vəzifə öhdəlikləri:
-Aidiyyəti sahələr üzrə, o cümlədən mülki hüquq, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqi
-Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə uyğun təşkili ilə bağlı hüquqi təminat işlərini aparmaq
-Cəmiyyətin fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ bazanı hazırlamaq
-Nümünəvi müqavilələrin tərtibatı və onların təşkilatın struktur bölmələrinə təqdim edilməsi
-Təşkilatın tərəf müqabillərlə bağlanılan müqavilə layihələrinin hazırlanması, yoxlanması və razılaşdırılma işinin təşkili
-Tərəf müqabillər tərəfindən öhdəliklərin yerinə yetirilməsi barədə aidiyyəti üzrə təqdim olunan məlumatların yoxlanması və zərurət olduqda tərəf müqabillərin öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlərin görülməsi
-Öhdəlikləri pozmuş tərəf müqabillərə qarşı şikayətlərin (iddiaların) və onlara aid olan materialların hazırlanması və təsdiqlənməsi
-Şikayət (iddia) lahiyələrinin təşkilatın aidiyyəti struktur bölmələrinə vizalanmaq üçün təqdim olunması
-Cəmiyyətin struktur bölmələrində daxili nəzarət tədbirləri, o cümlədən araşdırmaları, monitorinqlər, xidməti yoxlamaların aparılmasında iştirak etmək
Əlavə məlumat:
-İş yeri –Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 saat, 5 dəq
- 3 saat, 9 dəq
- 17 saat, 51 dəq
- 21 saat, 43 dəq
- 1 gün, 42 dəq