AGA Group mühasib axtarır

Mühasib


İşəgötürən: AGA Group

Vakansiya: Mühasib

Son tarix: 22 avqust 2022

Vəzifə haqqında məlumat:                                  

Əmək haqqı: 1300-1500 (nett)                                    
İş rejimi: 5 gün, 09:00-18:00                                    
İş yeri: Kaspian Plaza                                    
Son müraciət tarixi: 10.08.2022
Vəzifə öhdəlikləri:             

-Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması;                                    

-Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparılması;                                    

-Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;                                    

-Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) təqdim edilməsi;                                    

-Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;                                    

-İnternet bankinq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi                                    

-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.      -Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar;                              

-E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;                                    

-Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;                                    

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;                

Vəzifə tələbləri:                                    

-Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə Ali təhsil                                    

-Yaş: 25-35                                    

-İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il                                    

-Sertifikat/vəsiqə/lisenziya: ACCA F3 sertifikatı üstünlükdür,                                     

-Xüsusi tələblər:  Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər, Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər, Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;                                    

-Kompüter bilikləri: MS Excel, BTP və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;                                    

Digər məlumatlar:                                     

Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065                                    
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərməlidirlər.                                    
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]