AFB Bank “Məlumat Mərkəzi üzrə mütəxəssis” axtarır

Mütəxəssis


AFB Bank Məlumat Mərkəzi üzrə mütəxəssis axtarışındadır.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil;

Bank sahəsində minimum 1 il iş təcrübəsi;

Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;

Ünsiyyət və komandada işləmək bacarığı;

MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;

Məsuliyyətlilik, dəqiqlik və operativlik;

Problem həll etmə bacarığı.

İŞİN TƏSVİRİ:

Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;

Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;

Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;

Məlumat Mərkəzinə e-mail vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;

Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;

Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Məlumat Mərkəzi üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]