“AFB Bank” marketinq üzrə mütəxəssis axtarır
“AFB Bank” ASC Marketinq üzrə mütəxəssis axtarışındadır !
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Sahə üzrə 1 il iş təcrübəsi (bank sektorunda təcrübənin olması üstünlükdür);
Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus və ingilis dili bilikləri arzu olunandır;
MS Office proqramlarında (MS Excel, MS Word, MS PowerPoint) işləmək bacarığı;
Kommunikasıya kanalları ilə işləmə bacarığı;
Mükəmməl ünsiyyət, təşəbbüskarlıq, təqdimat və danışıqlar aparmaq bacarığı.
İŞİN TƏSVİRİ:
Cari bazar araşdırmaları, nəticələrin analizi və tələb olunan dəyişikliklərin həyata keçirilməsi;
Bankın rəsmi saytında və digər kanallarda məzmunların yerləşdirilməsi və yenilənməsi;
Veb-sayt üzrə görülən işlərə, yaradılan layihələrə nəzarət və monitorinq işlərinin keyfiyyətinin yoxlanması;
KİV-nin izlənilməsi, müxtəlif kommunikasiya kanalları üçün müvafiq məzmunların seçilməsi, ehtiyac olduğu halda təchizatçıların cəlb edilməsi;
Bankın strateji hədəflərinin yerinə yetirilməsi üçün marketinq fəaliyyətinin uyğunlaşdırılması və planların hazırlanması, təkliflərin verilməsi;
Marketinq fəaliyyətinə müvafiq kargüzarlığın aparılması və sənəd dövriyyəsinə nəzarət edilməsi;
Aylıq hesabatların hazırlanması;
Bankın marketinq büdcəsinə nəzarət edilməsi.
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Marketinq üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalar
- 4 saat, 52 dəq
- 6 saat, 30 dəq
- 1 gün, 7 saat, 49 dəq
- 1 gün, 11 saat, 46 dəq
-
1 gün, 12 saat, 20 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?