AFB Bank korporativ kreditlər üzrə mütəxəssis axtarır

İşəgötürən: AFB Bank
Vakansiya: Korporativ kreditlər üzrə mütəxəssis
Son tarix: 12 iyun 2022
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Nami̇zədə dai̇r Tələblər:
-Ali təhsil;
-Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
-Bank qanunvericiliyi bilikləri;
-Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili bilikləri arzu olunandır;
-Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
-MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
-Məsuliyyətlilik və dəqiqlik.
İşi̇n təsvi̇ri̇:
-Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
-Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
-Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
-Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
-Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
-Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
-Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
-Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalar
- 7 saat, 34 dəq
-
15 saat, 14 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 15 saat, 23 dəq
- 15 saat, 24 dəq
- 15 saat, 26 dəq