ABV şirkəti “İnsan resursları üzrə mütəxəssis” axtarır

Mütəxəssis

abv insanresuslari


ABV şirkəti “İnsan resursları üzrə mütəxəssis” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

-Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək, təlim planını hazırlamaq və təşkil etmək;

-Şirkətdə əmək fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək;

-Açıq vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;

-Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı

-Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək.

Namizədə tələblər:

-Ali təhsil;

-Müvafiq sahədə 2 il iş təcrübəsi ;

-Azərbaycan dili sərbəst, Rus və İngilis dili yüksək;

-Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı;

-Komanda ilə işləməyi bacarığı;

-Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;

-Operativ və düzgün qərar vermək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlərCV-nizi  [email protected] e-mail adresinə “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.

“ABV” mağazaları elektron təhlükəsizlik sistemləri üzrə geniş avadanlıq çeşidlərinin inteqratorudur.

Əsası 1993-cü ildə qoyulan “Araznet” MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu partyor funksiyasını icra edirik.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]