ABB ASC android proqramçı axtarır

Proqramçı

proqramci 1


İşəgötürən: ABB ASC

Vakansiya: Android proqramçı

Son tarix: 25 sentyabr 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat 

Görəcəyiniz işlər:

-Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;

-Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;

-Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;

-Unit və UI testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;

-Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.

Bizim üçün uyğun namizəd:

-Müvafiq sahədə ən azı iki il iş stajına;

-Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə;

-RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığına;

-Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə;

-“Android memory management, threading” və performans optimizasiyası üzrə biliklərə;

-Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına;

-FCM üzrə biliklərə;

-Git üzrə sərbəst işləmə bacarığına;

-“Continuous integration” barədə məlumatlılığa;

-Agile komandada işləmək təcrübəsinə (arzu olunandır);

-Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyətinə;

-MVP və ya MVVM üzrə işləmək bacarığına;

-Android Architecture Components üzrə biliklərə;

-Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan şəxsdir

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link


©️ 2022

070 231 45 70

[email protected]