ABB ASC aktiv və passivlərin idarə edilməsi şöbəsinə mütəxəssis /aparıcı /baş mütəxəssis axtarır

İşəgötürən: ABB ASC
Aktiv və passivlərin idarə edilməsi şöbəsinə mütəxəssis/aparıcı /baş mütəxəssis
Son tarix: 26 may 2022
Görəcəyiniz işlər:
-Bankın Aktiv və Passivlərinin İdarəolunmasında, o cümlədən, departamentin fəaliyyəti üzrə likvidliyin və vəsaitlərin səmərəli idarə edilməsini, faiz dərəcəsi və likvidlik risklərinini idarə edilməsində iştirak etmək;
-Bankın aktiv və passivlərinin proqnozlaşdırılması ilə xalis faiz gəlirinin artırılması və vəsaitlərin səmərəli idarə edilməsi üzrə proqnozlar vermək;
-Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunmasını təmin etmək;
-Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı müxtəlif ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində iştirak etmək;
-APİK-ə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq.
Bizim üçün uyğun namizəd:
-Ali iqtisadi təhsilə;
-Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
-Minimum 1 il iş təcrübəsinə (Maliyyə və bazar risk sahəsi üzrə arzuolunandır);
-İnduktiv və analitik təhlil bacarığına;
-Komandada işləmək bacarığına;
-Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 8 saat, 17 dəq
-
2 ay, 4 gün, 3 saat, 48 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 46 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 36 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 39 dəq