Unimetal HR köməkçisi axtarır

Mütəxəssis


İşəgötürən: Unimetal

Vakansiya: HR Köməkçisi

Son tarix: 26 may 2022

Əsas vəzifə və öhdəliklər:

-AR-nın Əmək Qanunvericiliyinə, uyğun işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;

-İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;

-Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir,  qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;

-Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;

-Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;

-Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;

-Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);

-Kadr sənədlərinin  qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır;

-Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;

Namizədə tələblər:

-Ali təhsil

-1-3 il iş təcrübəsi

-Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;

-İnzibati sahədə iş təcrübəsi arzuolunandır;

-Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);

-Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

-AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)

-Nahar şirkət tərəfindən təmin olunur

-Əmək haqqı: 500 Azn

-Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A

Namizədlərdən CV-lərini “HR köməkçisi” başlığı ilə göndərmələri xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]