Vakansiya: Çağrı mərkəzinə mütəxəssis tələb olunur
İşəgötürən: Azal Club
Vakansiya: Çağrı mərkəzinin mütəxəssisi
Son tarix: 20 may 2022
Namizədə tələblər:
-Təhsil:Ali
-Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı səviyyədə;
Namizədə tələblər:
-Yüksək ünsiyyət qurma bacarığı olmalı;
-Məsuliyyətli və təşəbbüskar olmalı;
-Diqqətli və punktual olmalı;
-Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
-MS Office proqramlarını mükəmməl bilməli;
İş barədə məlumat:
-Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
-Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
-Daxil olan zəngləri zamanında cavablandırmaq və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə və s.) ünsiyyətin qurulmasını təmin etmək;
-Müştərilər tərəfindən sosial şəbəkələrə qeyd olunan rəy və sualları cavablandırmaq;
-Görülən işlər və tapşırıqların icrası barədə günlük və həftəlik hesabatları şöbə rəhbərinə təqdim etmək;
-Xidmətdən istifadə edən müştərilərlə məmnuniyyət sorğularını aparmaq;
Əlavə məlumatlar:
-Əmək haqqı: 650-750 AZN
-İş qrafiki: 5 gün, 09:00 – 18:00.
-Korporativ nömrə və danışıq balansı
-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Çağrı mərkəzinin mütəxəssisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 5 saat, 51 dəq
- 3 ay, 1 həftə, 5 gün, 7 saat, 44 dəq
- 6 ay, 2 həftə, 3 gün, 2 saat, 29 dəq
-
6 ay, 4 həftə, 22 saat
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 5 saat, 58 dəq