Vakansiya: Müştərilərə xidmət şöbəsinin təmsilçisi tələb olunur
İşəgötürən: eManat
Vakansiya: Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)
Son tarix: 15 may 2022
Vəzifə öhdəlikləri:
-Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
-Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;.
-Sorğuların düzgün ( qəbul olunmuş təlimatlara) işlənilməsi.
-Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
-Ünsiyyətçil və səbrli olma bacarığı;
-Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
-Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
-Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.
Namizədə qoyulan tələblər:
-Bəy namizədlər
-Ali təhsilli
-Dil Bilikləri – Azərbaycan dili (ana dili) rus dili (əla)
-MS office proqramları
-Nitqində qüsur olmamalı;
-Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
-Verilən tapşırığa adaptasiya olma bacarığı;
-Kollektivə uyğunlaşma bacarığı.
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 6 günü
-İş saatları növbəli (09:00-18:00,17:00-23:00)
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi” yazılmalıdır.
Vakansiyalar
- 10 saat, 47 dəq
- 11 saat, 11 dəq
- 11 saat, 11 dəq
- 13 saat, 29 dəq
- 13 saat, 29 dəq