Halal-P şirkəti satınalma mütəxəssisi axtarır

Mütəxəssis


Halal-P şirkəti Satınalma Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

-Elan tarixi: 12.04.2022

-Bitmə tarixi: 12.05.2022

-Şirkət: Halal-P

-Ərazi: Bakı

-Əmək haqqı: 700 — 1000 ₼

-Staj: 1 il

-Yaş həddi: 25 — 45 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Tam iş günü (5 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

Tələblər:

Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların  ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)

İngilis dilində yüksək yazı və danışıq bacarığı mütləqdir.

İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.

MS Office proqram biliklərin olması vacibdir.

Rus dili biliyinin olması arzuolunandır.

Bazarı təhlil etmək bacarığı

Danışıqların aparılması bacarığı

Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları

Vəzifə öhdəlikləri:

Təchizatçılar ilə əlaqələrin qurulması;

Satınalma sənədlərinin hazırlanma bacarığı;

Satınalma müqavilələri haqqında məlumatlı olmalı;

Xarici logistikanı bilməli;

Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;

Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;

Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;

Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı

Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq

Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək

Satınalma müqavilələrini  hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq

Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək

Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək

Sifariş verilən  malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək

Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq

Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq

Dəyərlərimiz:

İnkişaf və davamlı öyrənmək istəyi

Qayğı göstərmək və kömək etmək istəyi

Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdən ibarətdir:

CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir

Doldurulmuş anket forması – cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk

Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”

Rəhbərlə müsahibə

Şərtlər:

yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;

Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;

Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;

İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;

Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!

Əmək haqqı: 700-1000 AZN

CV-zi vakansiyanın adını qeyd etməklə bu ünvana [email protected] göndərməyi unutmayın.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]