Şirkətə Trade marketinq mütəxəssisi tələb olunur

Marketoloq


İşəgötürən: Sirab ASC

Vəzifə: Trade marketinq mütəxəssisi

Son tarix: 24 aprel 2022 

Əsas tələblər:

-Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)

-Komputer bilikləri: MS Office – əla;

-Dil bilikləri: Azərbaycan dili- əla;

-Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il iş təcrübəsi;

-B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.

Fərdi keyfiyyət göstəriciləri:

-Analitik düşünmə bacarığı;

-Keyfiyyət yönümlülük;

-Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;

-Komanda ilə işləmə bacarığı;

-Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;

-Planlaşdırma və problem həll etmə bacarığı.

İş barədə:

-Bazar tələblərinin araşdırılması;

-Müştərilərin yaxından tanınması, onların vərdişlərinin və seçimlərinin öyrənilməsi;

-Satış nöqtələrində satış yönlü tədbirlərin, təqdimatların keçirilməsi;

-Satış nöqtələrində istifadə edilən marketinq alətlərinin satış rəqəmlərinə müsbət və ya mənfi təsirinin, hədəf kütləsində yaratmaq istədiyimiz davranış dəyişikliyinin təmin edilib edilmədiyinin ölçülməsi;

-Satış sonrası proselərin izlənilməsi;

-Rəfdə məhsulların çeşidlərinin mövcudluğuna nəzarət edilməsi;

-İstehlakçılar və onların alış-veriş alışqanlıqları haqqında data toplanması;

-Toplanan datalar yönündə strategiyaların inkişaf etdirilməsi, məlumatların doğru dəyərləndirilərək müəyyən proqnozların –verilməsi;

-Rəhbərliyə günlük hesabatların təqdim olunması.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

-Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;

-Yemək pulu və benzin pulu şirkət tərəfindən;

-Korporativ telefon nömrəsi və danışıq paketi.

İş vaxtının norması:

-09:00-18:00 / 5 günlük iş həftəsi

-Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır.

İş yeri:

-Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Trade marketinq mütəxəssisi” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]