Mexanik-Koordinator tələb olunur
İşəgötürən – Azerbaijan Poultry Company
Vakansiya haqqında məlumat:
Həvalə edilmiş avtomobil və onun avadanlıqlarını lazımi qaydada saxlamaq;
Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək, avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması
Tələblər:
Ali təhsil (müvafiq sahə üzrə) ;
Müvafiq sahəsində 2 ildən çox iş təcrübəsi;
Nəqliyyat vasitələrinin quruluşu, istismarı və texniki xidmətlərin əsaslarını bilmək
Çeviklik və uyğunlaşma bacarığı;
Komanda işləmək bacarığı;
Çeviklik və uyğunlaşma bacarığı;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.
İş şəraitinin şərtləri:
İş qrafiki : 6 gün həftədə ( İstirahət günü: Bazar günü )
Ə/h müsahibə əsasında təyin olunur
Müraciət üçün son tarix: 30.09.2023
CV-nizi başlıqda ” Mexanik Koordinator” qeyd etməklə [email protected] adresinə göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 ay, 2 həftə, 6 gün, 21 saat, 21 dəq
- 3 ay, 2 həftə, 6 gün, 23 saat, 14 dəq
- 6 ay, 3 həftə, 4 gün, 17 saat, 59 dəq
-
7 ay, 6 gün, 13 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 3 gün, 21 saat, 28 dəq