Zootexnik tələb olunur
İşəgötürən – Qəbələ Aqropark
Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir.
Əmək funksiyaları:
Günlük yem sifarişini anbara vermək, gündəlik fərdi və qrup halında yem payını tərtib etmək, yemlənmənin düzgün yerinə yetirilməsinə nəzarət etmək,
Yem rasionları tərtib etmək və tətbiq etmək,
Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasını təşkil etmək,
Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini qismən təşkil etmək,
Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin və miqdarının dəqiq təyinini müəyyənləşdirmək;
Tələblər:
Zootexnik sahəsi üzrə ali təhsil
Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki: 09:00- 18:00 (altıgünlük iş həftəsi)
İş yeri: Qəbələ rayonu, Ovcullu kəndi.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına mövzu yerində “Zootexnik” qeyd etməklə göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 6 gün, 23 saat, 50 dəq
- 3 ay, 3 həftə, 1 saat, 43 dəq
- 6 ay, 3 həftə, 4 gün, 20 saat, 28 dəq
-
7 ay, 6 gün, 15 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 3 gün, 23 saat, 57 dəq