Xəzinədarlıq şöbəsinin rəhbəri tələb olunur
İşəgötürən – Matanat A
Vəzifə öhdəlikləri:
Pul vəsaitlərinin hərəkətinin planlaşdırılmasının təmin edilməsi, həftəlik ödəmə qrafiklərinin rəhbərliyin təsdiqi üçün hazırlanması;
Şirkətə tələb olunan pul vəsaiti ehtiyacının aradan qaldırılmasının təmin edilməsi;
Bank ödənişləri prosesinin vaxtında və qüsursuz icrasının (kreditlər üzrə öhdəliklər daxil olmaqla) və ödəmə hərəkətlərini mühasibat proqramında düzgün yazılmasının təmin edilməsi;
Gündəlik və aylıq əsasda bank və kassa xərclərinə nəzarət;
Maliyyə uçotu sistemində qeyd olunmuş aylıq nağd pul balanasının düzgünlüyünün təmin edilməsi;
Maliyyə uçotu sistemində qeyd olunmuş aylıq bank hesablarının balanslarının düzgünlüyünün təmin edilməsi;
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın (Cash flow) hazırlanması;
Kassada mövcud olan nağd pul qalığının təhlükəsizliyinin təmin edilməsi;
Aylıq nağd pul sayının prosesinin keçirilməsinin təmin edilməsi; mədaxil və məxaric sənədlərinin tamlığına və düzgün arxivləşməsinə nəzarət.
Vəzifə ilə bağlı tələblər:
Ali təhsili (Magistr olması üstünlükdür);
Sahə üzrə 3-5 il iş təcrübəsi;
1C, SAP, MS Office (xüsusilə MS Excel) üzrə biliklər;
ACCA, CFA, CIMA və yaxud analoji sertifikatların olması mütləqdir.
Tikinti və istehsal sahəsində işə ya audit keçirmə təcrübəsi üstünlükdür.
İş şəraiti:
İş yeri : Luxen Plaza (Bakı şəh., Xətai pr. 34)
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və Bazar günləri;
Nahar şirkət tərəfindən verilir;
Korporativ nömrə təmin olunur.
Maraqlanan namizədlər mövzu hissəsində “Xəzinədarlıq şöbəsinin rəhbəri” yazmaqla öz CV-lərini [email protected] adresinə göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 3 həftə, 5 gün, 18 saat, 31 dəq
- 3 ay, 3 həftə, 5 gün, 20 saat, 24 dəq
- 7 ay, 15 saat, 9 dəq
-
7 ay, 1 həftə, 5 gün, 10 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 həftə, 2 gün, 18 saat, 38 dəq