Marketinq direktoru tələb olunur
İşəgötürən – Azərpoçt
Vəzifə öhdəlikləri:
Təşkilatın illik marketinq planının icrasının təşkili ;
Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması ;
Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi ;
Fərqli məhsullar üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması ;
Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.) ;
“Google SEO” və “Mass Mail” işinin təşkili ;
Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili ;
Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
Dövrü hesabatların hazırlanması və təhlili.
Vəzifə üzrə tələblər:
İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi (Xidmət sektorunda təcrübəsi olanlara üstünlük veriləcək) ;
Rus və ingilis dili biliyi ;
MS Office proqramlarından istifadə bacarığı ;
Təqdimat və ünsiyyət bacarığı ;
Analitik və tənqidi düşünmə bacarığı ;
Məsuliyyətlilik, çeviklik, dürüstlük ;
Komanda ilə işləmə və idarəetmə bacarığı.
İş şəraiti:
5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
Korporativ nömrə ilə təmin olunma ;
Bazar rəqabətli əmək haqqı ;
İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Marketinq direktoru” qeyd etməklə CV-lərini [email protected] adresinə göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 22 saat, 14 dəq
- 3 ay, 2 həftə, 2 gün, 7 dəq
- 6 ay, 2 həftə, 6 gün, 18 saat, 52 dəq
-
7 ay, 1 gün, 14 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 22 saat, 21 dəq