Marketoloq tələb olunur
İşə götürən – Green Cleaning MMC
İşin təsviri:
- Təmizlik və dezinfeksiya xidmətlərinin satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək, müvafiq bazar araşdırmaları aparmaq;
- Xidmətlərin hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması və kampaniyalarının effektivliyinin ölçülməsi;
- Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi, seqment üzrə analizlərin aparılması
- Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin tanıtımı, onların təqdim olunmasına dair təklif və kampaniyaların hazırlanması;
- Yeni xidmətlərin yaradılması, xidmət və satış şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- Reklam kanallarının effektivliyinin izləniləməsi;
Tələblər:
- Marketinq, maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə bakalavr təhsilinin olması;
- Ən azı 1 il marketinq sahəsində iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- Səlis Azərbaycan və Rus dili bilikləri.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Müraciət etmək üçün CV nümunələrinizi [email protected] mail ünvanına və ya +994 (50) 444-74-47 nömrəsinin whatsapp bölməsinə göndərməyiniz və xahiş olunur.
Vakansiyalar
- 2 ay, 3 həftə, 6 dəq
- 3 ay, 3 həftə, 1 saat, 59 dəq
- 6 ay, 3 həftə, 4 gün, 20 saat, 44 dəq
-
7 ay, 6 gün, 16 saat, 15 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 4 gün, 13 dəq