STP Polymer operator axtarır
İşəgötürən: STP Polymer
Vakansiya: Operator
Son tarix: 01 iyun 2023
Bizim üçün uyğun namizəd:
-Ümumi orta və orta texniki təhsil;
-Sahə üzrə minimum 1 il iş təcrübəsi;
-Azərbaycan dilini sərbəst səviyyədə bilməli;
-İngilis və rus dillərini orta səviyyədə bilməsi üstünlükdür;
-İşgüzar və məsuliyyətli olmalı.
Hansı işləri görəcəksiniz:
-Fəaliyyət ardıcıllığını istehsalat rəhbəri və ya müvafiq rəhbər şəxslə razılaşdırmaq
-Dəzgahların istismarı, materiallar və məhsullar ilə bağlı yaranan problemləri barədə növbə ustasına və yaxud növbə rəisinə məlumat vermək
-Məhsulun hissələrindəki qüsurları və ya dəzgahlardakı nasazlıqları aşkarlamaq üçün əməliyyatlara nəzarət etmək və ya müşahidə aparmaq
-İstifadə edilən materialların keyfiyyətinə dair müşahidələr aparmaq və təkliflər vermək
-Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki şərtlərini oxumaq
-Verilmiş materiallar arasında seçim etmək və texniki sənədlərə uyğun olaraq onları emal etmək
-Materiallardan səmərəli istifadə göstəricisini maksimum səviyyəyədə saxlamaq
-Plan qeydlərini jurnalda aparmaq
-Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün nəzarət-ölçü vasitələrindən istifadə etməklə qiymətləndirmə aparmaq
-Texniki proses məlumatlarını qeydə almaq və tələb olunan formada təqdim etmək
-İşlədiyi sahədə avadanlığın və ərazinin təmizliyinə riayət etmək
Nə əldə edəcəksiniz?
-Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
-Rəqabətə davamlı əmək haqqı;
Əlavə məlumatlar:
-Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Növbəli iş şəraiti
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Operator” yazaraq, 31 may 2023-cü il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 14 saat, 4 dəq
- 3 ay, 6 gün, 15 saat, 57 dəq
- 6 ay, 1 həftə, 4 gün, 10 saat, 42 dəq
-
6 ay, 3 həftə, 2 gün, 6 saat, 13 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 14 saat, 11 dəq