Mühasib tələb olunur
İş elanını dərc edən – Askona
Vakansiya – Mühasib
Namizəd üçün tələblər:
-Təhsil: Ali
-Təcrübə: Eyni vəzifədə ən azı 1 il iş təcrübəsi
-Yaş: 22-35
-Dil bilikləri: Rus dili mütləq tələb olunur
İş qrafiki: 5 günlük
Əmək haqqı: İlk 3 ay 600 AZN NET, sonra 800-900 AZN NET
Vəzifə öhdəlikləri:
-Yerli və Xarici ödəniş tapşırıqlarının internet banking üzərindən edilməsi;
-Bank, kassa əməliyyatlarının mədaxilinin və məxaricinin 1C proqramında işlənilməsi;
-Hesab-fakturaların və müqavilələrin hazirlanması, elektron qaimələrin yazılması;
-Yerli alışların işlənilməsi, idxal üzrə əməliyyatların düzgün icra edilməsinin 1C proqramı üzərindən sənədlərlə yoxlanılması;
-Mal-material ehtiyatlarının mədaxil-məxaric edilməsinin, anbar qalığının yoxlanılması;
-Aylıq və gündəlik işləmlərin 1C proqramında işlənilməsi, işlənilmiş digər əməliyyatların yoxlanılması;
-Debitor və kreditor borc üzrə hesabatların hazırlanması, üzləşmə aktlarının tərtibi;
-Ayın bağlanması əməliyyatlarına köməklik göstərilməsi;
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının yerinə yetirilməsi.
İş yeri: Babək prospekti
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-mail-in [email protected] mövzu hissəsində “Mühasib” adını qeyd etməklə göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 19 saat, 45 dəq
- 3 ay, 1 həftə, 5 gün, 21 saat, 38 dəq
- 6 ay, 2 həftə, 3 gün, 16 saat, 23 dəq
-
6 ay, 4 həftə, 1 gün, 11 saat, 54 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 19 saat, 52 dəq