“Pivə aparatlarına texniki qulluq üzrə nümayəndə” tələb olunur
AVRORA MMC “Pivə Aparatlarına Texniki Qulluq üzrə Nümayəndə” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
– Təhkim olunduğu ərazi üzrə ticarət nöqtələrinin ziyarət olunması;
– Ticarət nöqtələrində pivə aparatlarının texniki vəziyyətinə nəzarət olunması;
– Vaxtaşırı, reqlamentə uyğun olaraq aparat hissələrinin prosedura uyğun yuyulması;
– Aparatlara texniki qulluğun göstərilməsi və Yaranan nasazlıqların aradan qaldırılması;
– Pivə aparatları üçün istifadə olunan balonların xərc ilə dolu olmasına nəzarətin edilməsi;
– Sıradan çıxmış aparatların yenisi ilə əvəzlənməsi və ehtiyac duyularsa aparatların yerlərinin dəyişdirilməsi;
– Ərazidə baş vermiş hər hansı bir problemlə bağlı rəhbərliyin məlumatlandırlması.
Tələb olunan bilik və bacarıqlar :
– Pivə aparatlarının funksiyaları və hissələri haqda sadə biliklərə sahib olmaq;
– Texniki qulluqla bağlı səriştələrə sahib olmaq.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
– Təhsil: Orta;
– İş təcrübəsi: İş təcrübəsi arzu olunandır;
– Dil bilikləri: Azərbaycan (əla), Rus dili (orta).
İş şərtlərimiz :
– İş qrafiki: Tam iş günü (5 gün);
– İş saatları: 09:00-18:00;
– İş yeri: Avrora Sənayə parkı (Hökməli qəsəbəsi).
Biz nə təklif edirik :
– Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
– Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Pivə Aparatlarına Texniki Qulluq üzrə Nümayəndə” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 11 saat, 56 dəq
- 3 ay, 1 həftə, 3 gün, 13 saat, 49 dəq
- 6 ay, 2 həftə, 1 gün, 8 saat, 34 dəq
-
6 ay, 3 həftə, 6 gün, 4 saat, 5 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 12 saat, 3 dəq