İri şirkətə “Logistika Koordinatoru” tələb olunur
AVRORA MMC “Logistika Koordinatoru” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
– Region anbarlarına nəzarət edilməsi;
– Şirkət tərəfindən malların müştərilərə çatdırılmasının təmin edilməsi;
– Regionda nəqliyyat və daşınmalara nəzarət edilməsi;
– Sifariş planlamanın icrasının təmin edilməsi;
– Maşınların sifarişə uyğun istiqamətlənməsinin təmin olunmasına nəzarət edilməsi;
– Daxil olan sifarişlərə uyğun olaraq şirkət məhsullarının tələb olunan ünvana vaxtında və göstərilən miqdarda çatdırılmasının təmin edilməsi;
– Sürücülərin fəaliyyətinin artıq yanacaq və vaxt məsrəfinə yol vermədən düzgün istiqamətləndirilməsinə nəzarət edilməsi;
– Anbarların mal ehtiyatının tənzimlənməsinin təşkil edilməsi;
– Sürücülərin iş rejiminin tənzimlənməsinin həyata keçirilməsi;
– Aylıq və günlük hesabatların hazırlanması.
Tələb olunan bilik və bacarıqlar :
– Araşdırmaq və problem həll etmə bacarığı;
– Kollektivlə işləmə bacarığı;
– Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
– Təhsil: Ali;
– İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il;
– MS Office bilikləri; Microsoft Word və Excel proqramlarında işləmə bacarığı, Logix üstünlükdür;
– Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
– Riyazi hesablama aparma, analitik təhlil qabiliyyəti, mal-materialların uçotunun aparılması;
– Anbar sahəsində təcrübə üstünlükdür.
İş şərtlərimiz :
– İş qrafiki : Tam iş günü (5 gün);
– İstirahət günü- Bazar;
– İş saatları: 09:00-18:00;
– İş yeri : Şəki şəhəri, M.Ə.Rəsulzadə pr. 6.
Biz nə təklif edirik :
– Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
– Şirkət hesabına korporativ nömrə;
– Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika Koordinatoru- Şəki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 28 dəq
- 3 ay, 1 həftə, 5 gün, 2 saat, 21 dəq
- 6 ay, 2 həftə, 2 gün, 21 saat, 6 dəq
-
6 ay, 4 həftə, 16 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 35 dəq