Veysəloğlu MMC tələb planlama üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Veysəloğlu MMC

Vakansiya: Tələb planlama üzrə mütəxəssis

Son tarix: 28 oktyabr 2022

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə funksiyaları: 

-SO99+ proqramında əsas məlumatların saxlanılması

-Marketinq, Kommersiya və təchizatın planlaşdırılması şöbələri ilə yaxından əməkdaşlıq etmək 

-Satış tarixçəsinin anormal sıçrayışlardan tələb olunan səviyyədə təmizlənməsi

-Məhsul ehtiyatı / Satış sahəsi səviyyəsində tendensiya, mövsümilik nümunələrinin təhlilini aparmaq

-Marketinq tədbirləri, reklam aksiyaları və ticarət fəaliyyətlərindən əsas proqnoz və artım təsirləri yaratmaq

-Məhdudiyyətsiz tələb proqnozu yaratmaq

-Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək 

-Proqnoz, xidmət və inventar hədəflərində prioritetləri müəyyən etmək üçün ABC XYZ təhlilini aparmaq 

-Nəticələri strukturlaşdırılmış şəkildə (cədvəl və diaqramlar, İYA) çoxfunksiyalı komandaya təqdim etmək 

-Aylıq əsaslarla tələb proqnozunu MFT ilə uyğunlaşdırmaq 

-Təchizatın planlaşdırılması, 3pl tərəfdaşları, maliyyə və maddi texniki təchizat departamentlərinə etibarlı həftəlik proqnoz təqdim etmək 

-Ssenarinin planlaşdırılmasına dəstək vermək

-Əldə olunan nəticələri yerli əlaqələndirici şəxslər ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək 

-Yerli proseslərini, mədəniyyətini və tələblərini başa düşmək üçün təyin edilmiş bazarlarda əsas əlaqələndirici şəxslərlə ilə komandaya əsaslanan münasibətləri saxlamaq və təkmilləşdirmək.

Vəzifə tələbləri:

-Təchizat Zəncirinin idarə olunması ilə əlaqəli Biznes idarəçiliyi üzrə Universitet dərəcəsi və ya ticari təhsil üzrə dərəcə 

-Müvafiq vəzifədə minimum 1 il təcrübə 

-Güclü analitik və problem həll etmə bacarıqları 

-Qabaqcıl planlaşdırma sistemindən istifadə sahəsində təcrübə müsbət hal hesab edilir 

-MS Office üzrə güclü biliklər, MS Excel üzrə geniş bacarıqlar( Pivot tables/Charts/Sum/Count/IF/Vlookup)

-Çox yaxşı ünsiyyət bacarıqları və beynəlxalq, dinamik mühitdə müxtəlif iş yükünə çevik reaksiya vermək qabiliyyəti 

-Müsbət təfəkkür, yenilikçi düşüncə və qətiyyətlilik 

-Çox məsuliyyətli müstəqil iş davranışı və davamlı inkişaf təfəkkürü

-Azərbaycan / ingilis / rus dillərində səlis danışıq qabiliyyəti

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

-İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;

-Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.   

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]