Vakansiya: Maliyyə nəzarəti üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: Master Builders Solutions Azerbaijan

Vakansiya: Maliyyə nəzarəti üzrə mütəxəssis

Son tarix: 01 sentyabr 2022

Əsas vəzifə öhdəlikləri:

-Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;

-İstehsal məhsullarının və idxal məhsullarının maya dəyərini hesablamaq, araşdıraraq artma və azalma səbəblərinin müəyyən edilməsi;

-Mühasibatlıq yazılışlarına sahib olmaq və şirkət siyasətinə uyğun olaraq təsnifatlaşdıraraq, sistemə daxil edilməsinə nəzarət edilməsi;

-Pul vəsaitlərinin hərəkətinin, idarəetmə və zəruri hesabatların təqdim edilməsi;

-Şirkətin vergi və biznes fəaliyyəti haqqında hesabatlarının hazırlanması;

-Qanunvericilik və maliyyə qaydalarına riayət olunmasının təmin edilməsi;

-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra olunması;        

-Mühasibatlıqda çalışan işçilərin işlərinə nəzarət.

Namizədə tələblər:

-Ali təhsil (maliyyə, mühasibatliq, iqtisadiyyat);

-Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;

-Sistemli və analitik düşünmə, diqqətli, nəticə yönümlü;

-Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;

-Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı; 

-İngilis dili biliyi;

-Beynəlxalq sertifikatlar (ACCA F3) və SAP B1 proqramını bilmək əlavə üstünlükdü.

Ünvan: Bakı şəhəri.

İş qrafiki: 5 günlük iş qrafiki.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Əmək haqqı işçinin bilik və bacarığından, məsuliyyətindən asılı olaraq dəyişə bilər.

Tərcümeyi-halınızı 31 Avqust  2022-ci il tarixindən gec olmamaq şərti ilə [email protected] elektron ünvanına subject/mövzu hissəsində “Maliyyə nəzarəti üzrə mütəxəssis”  qeyd etməklə göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]