Qızıl otağının baş nəzarətçisi axtarılır (Daşkəsən)
İşəgötürən – “AzerGold CJSC”
İş yeri – Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi
Vakansiya – Qızıl otağının baş nəzarətçisi
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Qızıl otağında aparılan elektroliz prosesinə uyğun vannaların prosesə hazırlanmasına nəzarət;
-Vannalarda (anod və katod) yuyulma prosesinin aparılmasına nəzarət;
-Xammalın (şlam) presdən yığılmasına və qurudulmasına nəzarət etmək;
-Əritmə sobasına nəzarət edilməsi, əritmə prosesinə hazırlıq və əritmə prosesində iştirak etmək;
-İstehsal olunan külçələrin təmizlənməsi və nömrələnməsinə nəzarət;
-Fərdi mühafizə vasitələrindən düzgün təyinatı üzrə istifadə etmək;
-Kimyəvi qarışıqların hazırlanmasını təşkil etmək;
-Fövqəladə hal zamanı qabaqlayıcı tədbirlər görmək;
-Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasında iştirak etmək;
Tələb olunan təhsil və iş təcrübəsi:
-Ali və ya orta ixtisas təhsili (metallurgiya və ya kimyaçı mühəndis ixtisasları üzrə)
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
Müraciət üçün bu linkə keçid edin.
Elanın bitmə tarixi – 23 iyul 2022
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 8 saat, 20 dəq
- 3 ay, 2 həftə, 1 gün, 10 saat, 13 dəq
- 6 ay, 2 həftə, 6 gün, 4 saat, 58 dəq
-
7 ay, 1 gün, 29 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 8 saat, 27 dəq