AVRORA “Loqo operatoru” axtarır
AVRORA MMC “Loqo operatoru” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
– Satış fakturalarının hazırlanıb çap edilməsi və qaimələrin sistemdə işlənməsi;
– Satışa gedən məhsul paletlərinin sənədləşdirilməsi və qeydiyyatının aparılması;
-Geriqaytarma qaimələrinin çap edilməsi və sürücüyə təhvil verilməsi;
– Mütəmadi olaraq sistemlərarası əlaqənin təmin edilməsi;
-Məhsulların sistem üzərindən anbara daxil edilməsi və blokdan çıxarılması.
Tələb olunan bilik və bacarıqlar :
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
– Loqo və Tiger Extension proqramları üzrə biliklər;
– MC Office proqramları üzrə biliklər (yaxşı səviyyədə).
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
-Təhsil : Ali və orta texniki təhsil;
– İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 1 il;
-Yaş həddi : 20-45 aralığı.
İş şərtlərimiz :
-İş qrafiki : Növbəli;
– İş yeri : Hökməli qəs., (Avrora Sənaye Parkı);
-Nahar və servis şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik :
– Əmək bazarında rəqabətli əməkhaqqı;
– İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Loqo operatoru” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 2 saat, 36 dəq
- 3 ay, 5 gün, 4 saat, 29 dəq
- 6 ay, 1 həftə, 2 gün, 23 saat, 14 dəq
-
6 ay, 3 həftə, 18 saat, 45 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 5 gün, 2 saat, 43 dəq