Azedunet LLC texniki dəstək üzrə mütəxəssis / şəbəkə dəstəyi üzrə mütəxəssis axtarır (Sabirabad)

Mütəxəssis


İşəgötürən: Azedunet LLC

Vakansiya: Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Sabirabad)

Son tarix: 11 iyul 2022

Vəzifə öhdəlikləri:

-İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarının proqram və aparat təminatı üzrə texniki xidmətinin göstərilməsi;

-İKT avadanlıqların işlək vəziyyətin qorunması üçün monitorinqin, diaqnostikanın və profilaktik işlərin aparılması;

-Təhsil müəssisələrinin ADSL və 3G/4G (antenaların quraşdırılması) texnologiyaları ilə İntranetə və İnternetə qoşulmaları;

-Təhsil müəssisələrində şəbəkə problemlərinin aradan qaldırılması;

-Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində (OTRS) görülmüş işlərin qeydiyyatı;

-Lokal Şəbəkədə yaranan problemlərin araşdırılması və həlli;

-Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalının Əməliyyat Sistemində əks olunması;

-Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

-ali və ya texniki təhsil;

-müvafiq sahədə ən az 1 illik iş təcrübəsi;

-kollektivdə işləmək bacarığı;

-məsuliyyətlilik.

İş qrafiki: 5 günlük iş rejimi.

Əmək haqqı: Müsahibə vaxtı müəyyən olunacaq. 

Müraciət qaydası:

CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Sabirabad regionu üzrə)” yazmaqla göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]