Vakansiya: Energetika bölməsinin rəhbəri tələb olunur
İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC
Vakansiya: Energetika bölməsinin rəhbəri
Son tarix: 06 iyul 2022
Vəzifə öhdəlikləri:
-Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsini təşkil etmək;
-Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidmətinə nəzarət etmək;
-Elektrik dövriyyəsinin hesablanmasını həyata keçirtmək;
-Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işlərini həyata keçirtmək;
-Müvafiq dövlət orqanları (qurumları) ilə müvafiq layihələrin razılaşdırılması və təsdiqi istiqamətində tədbirlər görülməsində iştirak etmək;
-Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanmasını təşkil etmək;
-Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti istiqamətində tədbirlər görmək;
-Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi istiqamətində tədbirlər görmək.
Namizədə tələblər:
-Ali təhsil;
-Sahə üzrə 5 illik iş təcrübəsi;
-Əla səviyyədə Azərbaycan dili;
-MS Office üzrə biliklər;
-AUTO Cad/PLC proqramlaşdırma
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Energetika bölməsinin rəhbəri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 16 saat, 31 dəq
- 3 ay, 6 gün, 18 saat, 24 dəq
- 6 ay, 1 həftə, 4 gün, 13 saat, 9 dəq
-
6 ay, 3 həftə, 2 gün, 8 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 16 saat, 38 dəq