Kapital Bank mikro kreditlər üzrə bölmə rəhbəri axtarır (regionlar)
İşəgötürən: Kapital Bank
Vakansiya: Mikro kreditlər üzrə Bölmə Rəhbəri (regionlar)
Son tarix: 24 iyun 2022
Beyləqan, Şirvan, Sabirabad, Yevlax, Mingəçevir, Şamaxı və Naxçıvan filialları.
Öhdəliklər:
-Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
-Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
-Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
-Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
-Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
-Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
-İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
-Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər:
-Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
-Səlis Azərbaycan dili
-Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
-Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
-Tələb olunan sahə üzrə minimum 3 il iş stajı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.
Vakansiyalar
- 2 gün, 17 saat, 35 dəq
- 3 gün, 14 saat, 4 dəq
- 4 gün, 10 saat, 42 dəq
-
5 gün, 6 saat, 19 dəq
Bitcoin bonus overview and options for South African players
-
5 gün, 6 saat, 19 dəq
Casino uden KYC – guide til fordele, ulemper, bonus og hurtig registrering