Vakansiya: Baş mühasib tələb olunur

Mühasib


İşəgötürən: Şabran Aqrokompleks

Vakansiya: Böyük Mühasi̇b

Son tarix: 16 iyun 2022

Vəzifə öhdəlikləri (qısa təsvir):

-Vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması;

-Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;

-Bütün növ hesabatların (torpaq,ƏDV,ÖMV,Mənfəət,DSMF və s.) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;

-Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;

-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;

-Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;

-Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak  və ehtiyac duyduqda lazımi təklifləri irəli sürülməsi.

Namizədə olan tələblər:

-Maliyyə, mühasibatlıq və ya digər aidiyyatı sahə üzrə ali təhsil;

-Mühasibatlıq sahəsində minimum 5 illik iş təcrübəsi;

-MS Office (xüsusilə MS Excel) və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı.

 İş şərtləri:

-İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

-Şabran rayonuna işgüzar səfərlər

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində “Böyük Mühasib” qeyd edərək göndərməyiniz xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]