Saffron Construction iş icraçısı axtarır

Mütəxəssis


İşəgötürən: Saffron Construction

Vakansiya: İş icraçısı

Son tarix: 12 iyun 2022

Vakansiya haqqında:

İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 6 gün
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri:

-Lahiyə sənədlərinə müvafiq olaraq tikinti quraşdırma işlərini təşkil edir;

-İşlərin mexanikləşdirilməsi, yeni texnikanın tətbiqi, əməyin təşkilinin təkmilişdirilməsi, sazlama və tikinti quraşdırma işlərinin təmini və materialların qənaətli xərclənməsi sahəsində tədbirlərin həyata keçirilməsi;

-Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir;

-Tikinti obyektlərinin istismara verilməsi üzrə istehsalat tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrasını təmin edir;

-Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir;

-Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;

-Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir;

-Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;

-Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir;

-Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;

-Bilavasitə iş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırır.

Təhsil və iş təcrübəsi:

-Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;

-Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə.

Bacarıq və səriştələr:

-Ünsiyyət və təşkilati bacarıq;

-Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;

-Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;

Bilməlidir:

-Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;

-Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;

-Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “İş icraçısı” qeyd etməyi unutmayın.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]