Saffron Construction iş icraçısı axtarır

İşəgötürən: Saffron Construction
Vakansiya: İş icraçısı
Son tarix: 12 iyun 2022
Vakansiya haqqında:
İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 6 gün
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
-Lahiyə sənədlərinə müvafiq olaraq tikinti quraşdırma işlərini təşkil edir;
-İşlərin mexanikləşdirilməsi, yeni texnikanın tətbiqi, əməyin təşkilinin təkmilişdirilməsi, sazlama və tikinti quraşdırma işlərinin təmini və materialların qənaətli xərclənməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
-Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir;
-Tikinti obyektlərinin istismara verilməsi üzrə istehsalat tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrasını təmin edir;
-Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir;
-Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
-Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir;
-Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
-Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir;
-Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;
-Bilavasitə iş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırır.
Təhsil və iş təcrübəsi:
-Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
-Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə.
Bacarıq və səriştələr:
-Ünsiyyət və təşkilati bacarıq;
-Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
-Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;
Bilməlidir:
-Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
-Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
-Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “İş icraçısı” qeyd etməyi unutmayın.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 16 saat, 14 dəq
-
2 ay, 4 gün, 11 saat, 45 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 19 saat, 43 dəq
- 2 ay, 1 həftə, 5 gün, 19 saat, 33 dəq
- 2 ay, 1 həftə, 5 gün, 19 saat, 36 dəq