“eManat” şəxsi avtomobili olan texnik axtarır (Biləsuvar)

İşəgötürən: eManat
Vakansiya: Texnik (Biləsuvar)
Son tarix: 05 may 2022
Vəzifə öhdəlikləri:
-Ödəniş terminallarının planlı şəkildə texniki xidmətinin təmin olunması
-Quraşdırılan terminalların yerlərdə təmir, profilaktika işləri
-Terminalların ehtiyyat hissələrinin dəyişdirilməsi, quraşdırılması
-Qeyri-standart hallarda yerlərdə yaranan problemlərin həlli üzrə qərar qəbul edilməsi
Namizədə qoyulan tələblər:
-Biləsuvar rayonunda yaşamalı
-Ali və ya orta texniki təhsil
-Sahə üzrə iş təcrübəsi arzuolunandır
-Windows XP, 7 və bu kimi əməliyyat sistemlərin yükləmə və idarəetmə bacarıqları
-Kompyuter avadanlıqların (Hardware) yığılması, quraşdırılması, diaqnostikası və avadanlıqlarda əmələ gələn problemlərin həlli
-Problem həll etmək bacarığına malik olmalı
-İlkin İT bilikləri olan namizədlərə üstünlük veriləcəkdir
-Şəxsi avtomobilin olması mütləqdir (xərclər şirkət tərəfindən qarşılanır)
İş şəraiti:
-Təyin olunmuş ərazilər üzrə
-İş rejimi həftənin 6 günü
-Əmək haqqının 15 gündən bir ödənilməsi
-Tibbi sığorta təminatının verilməsi
-Nahar təminatının qarşılanması
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Texnik-Biləsuvar” yazılmalıdır.
Vakansiyalar
- 1 ay, 2 həftə, 3 saat, 42 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 13 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 11 dəq
- 2 ay, 3 gün, 7 saat, 1 dəq
- 2 ay, 3 gün, 7 saat, 4 dəq