Zeytun Pharmaceuticals avtokar sürücüsü axtarır
İşəgötürən: Zeytun Pharmaceuticals
Vakansiya: Avtokar sürücüsü
Son tarix: 13 iyul 2022
Vəzifə funksiyaları:
-Anbar daxilində paletlərin yüklənməsi, boşaldılması, yerdəyişimini həyata keçirmək;
-Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
-İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
-Müvafiq texnikanı idarə etmək üçün sertifikat;
-Müvafiq sahə üzrə 3 ildən yuxarı iş stajı;
-Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqlar;
-Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar;
-Yaş həddi: 25-40;
-İş yerinə yaxın ərazidə yaşayan şəxslər.
İş şəraiti:
-İş qrafiki: 6 günlük iş həftəsi
-İş yeri: Masazır qəsəbəsi
-Nahar şirkət tərəfindən təmin edilir;
-Əmək haqqı: 650 AZN
Maraqlanan şəxslər CV-ni [email protected] email ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 9 saat, 9 dəq
- 9 saat, 9 dəq
- 9 saat, 56 dəq
- 2 gün, 22 saat, 7 dəq
- 2 gün, 22 saat, 8 dəq