Zeta Group data-analitik axtarır

İşəgötürən: Zeta Group
Vakansiya: Data-Analitik
Son tarix: 15 sentyabr 2022
Tələblər:
-Texniki elmlər üzrə ali təhsil
-Biznesin təhlili və data analitika sahəsində 1 illik iş təcrübəsi;
-İngilis və rus dilini bilmək üstünlükdür
-Kompüter bacarıqları – MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
-Alqoritm qurma bacarığı və analitik-alqoritmik düşünmə qabiliyyəti
-Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı
Əsas öhdəliklər:
-Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar bazası hazırlamaq;
-Statistik üsullardan istifadə edərək məlumatların təhlili satış proqnozunu və hesabatları təqdim etmək;
-Dataları təmizləmək və emala uyğun formaya salmaq;
-Tətbiq olunmuş modelləri izləmək və optimallaşdırmaq;
-Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək.
-Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
-Digər struktur bölmələrlə qarşılıqlı əlaqəni təşkil etmək;
İş şəraiti:
-İş saatları – 09:00 – 18:00
-5 günlük iş qrafiki
-Əmək haqqı: 800 AZN
Maraqlanan şəxslər öz CV formalarını məktubun mövzu bölməsində “Data-Analitik” qeyd etməklə göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 9 saat, 24 dəq
- 9 saat, 26 dəq
- 9 saat, 28 dəq
- 9 saat, 29 dəq
- 9 saat, 32 dəq