Xəzinədar tələb olunur

Agrico” “Xəzinədar” vakansiyasını elan edib.
Namizədə olan tələblər:
– Ali təhsil;
– Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
-1C proqramında işləmə bacarığı;
– Riyazi qabiliyyətin olması, eləcə də hesablama işlərində aktivlik və tez qərar vermək bacarığının olması.
Vəzifə öhdəlikləri:
-Kassa mədaxil və məxaric, həmçinin kassanın açılması və bağlanması əməliyyatlarının icra edilməsi;
– Qiymətli kağızların saxlanması, yanacaq kartlarının, bank çeklərinin və s. qiymətlilərin qorunması;
– Bütün növ ödənişlərin aparılması və paylanmaların həyata keçirilməsi, müvafiq sistemə daxil edilməsi;
– Bütün dövriyyə hesabatlarının 1C, ERP, intranet sistemlərinə işlənməsi;
– Ödəniş sənədlərində baş verən uyğunsuzluqların aşkarlanması.
İş şərtlərimiz:
– Əmək haqqı: 637 – 731 AZN;
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 08:30-17:30;
Ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xəzinədar” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 21 saat, 28 dəq
- 22 saat, 14 dəq
- 22 saat, 52 dəq
- 23 saat, 39 dəq
- 23 saat, 40 dəq