Xəzinədar tələb olunur
İşəgötürən – Nurgun Holding
Tələblər:
Ali təhsil;
Yaş həddi: 25-30 (Yalnız bəy namizədlər)
Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş barədə:
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;
Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.
CV göndərərkən mövzu qismində ” Xəzinədar” sözünün yazılması mütləqdir!
Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını [email protected] e-mail ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Xəzinədar) göstərməyini xahiş edirik.
Vakansiyalar
-
15 saat, 42 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 1 gün, 18 dəq
-
1 gün, 26 dəq
Wingaga CZ bonusy – kompletní průvodce podmínkami a výhodami
- 1 gün, 26 dəq
-
1 gün, 26 dəq
Wingaga Casino App – kompletní průvodce funkcemi, bonusy, platbami a bezpečností