Xəzinədar tələb olunur

Xəzinədar


İşəgötürən – Excelsior Hotel & SPA Baku



ş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

Əvvəlki gündə nağd qaydada daxil olan nəğd ödəniş konvertlərin gəlirlər üzrə mühasibin şahidliyi ilə açılması və bu ödənişlərin faktiki sistem daxilolmalarla üzləşdirilməsi.

Nəğd əməliyyatların kassa aparatına vurulmasın yoxlanması

Gündəlik kassa əməliyyatların aparılması, hesabatların hazırlanıb imzalanması və rəhbərliyə imzaya təqdim olunması.

Gündəlik bank əməliyyatlarının mühasibat proqramına işlənməsi.

Gündəlik satınalma üzrə təhtəl hesabların bağlanması.

Gündəlik xəzinə nəğd pul qalığının hazırlanmış hesabatlarda qalığa uyğunluğunda məsul olmaq.

Bankın və xəzinənin  əməliyyatları və qalıqları ilə bağlı hesabatların hazırlanıb rəhbərliyə gündəlik təqdim olunması

Nəğd pulların şirkətin bank hesabına yatırılması.

Outletlərdə flot məbləğlərin nəzarətdə saxlanması və mütəmadi yoxlanması

Maliyyə nəzarətçisinin gündəlik xəzinə və bank əməliyyatlarında baş verən uyğunsuzluqlar barəsində vaxtında məlumatlandırılması.

Oteldə keçirilən tədbirlərdə müştərilərlə nəğd hesablaşma sisteminin işlənməsi.

Otel üzrə kassa aparatların mütəmadi texniki baxışdan keçirilməsinə əmin olmaq.

Bank ödəniş tapşırıqların hazırlanması və banka təqdim edilməsi

Gündəlik kassa məxariclərin maliyyə nəzarətçisi və ya baş mühasibin təsdiqi ilə icrası.

İşçilərin əmək haqqı hesabların vaxtinda açılması və kartların hazırlanıb işçilərə müvafiq qaydada təqdim olunması

Bank əməliyyatları ilə bağlı yaranan problemlərin həll olunması

Malsatanlara ödənilmiş məbləğin təsdiqedici sənədlərinin ardıcıllıqla xüsusi qovluğa tikilməsi

Malsatanlara ödənilmiş məbləğlərin ƏDV hissəsi ilə əsas hissəsinin eyni gündə həyata keçirilməsinə nəzarət olunması

Xəzinə  və bank sənədlərinin arxivləşməsi.

Beynəlxalq Audit yoxlaması zamanı sənədləri və elektron informasiyanı auditorlara təqdim etmək

Vəzifə Öhdəliklərinə uyğun rəhbərlik tərəfindən tapşırılmış işlərin icra olunması.

Bilik və bacarıqlar:

Maliyyə sahəsində təcrübə arzuolunandır

Maliyyə üzrə təhsil

Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək

İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq

Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək

Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı proseslərə uyğun reaksiya vermək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “ Xəzinədar” adını mövzu hissəsində qeyd etməklə,  CV formalarını 1 Sentyabr 2023 tarixinədək     [email protected]   ünvanımıza yönləndirə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]