Veysəloğlu MMC maliyyəçi-analitik axtarır

İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Maliyyəçi-Analitik
Son tarix: 25 iyun 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.
Vəzifə öhdəlikləri:
-İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
-Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
-Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
-İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
-Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək
Tələblər:
-Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
-Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
-Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
-Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
-Analitik və strateji baxış bacarıqları;
-Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
-Yüksək səviyyəli analitik bacarıqlar;
-Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
-MS Office kompüter proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-Nahar ilə təmin edilmə.
-Endirimli tibbi xidmət
-Əmək müqaviləsi
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Maliyyəçi-Analitik” yazaraq CV göndərməklə müraciət edilir.
Vakansiyalar
- 7 saat, 58 dəq
- 8 saat, 44 dəq
- 9 saat, 22 dəq
- 10 saat, 9 dəq
- 10 saat, 10 dəq