Veysəloğlu MMC maliyyəçi-analitik axtarır

Analitik


İşəgötürən: Veysəloğlu MMC

Vakansiya: Maliyyəçi-Analitik

Son tarix: 21 avqust 2022

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 1 il

Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

Vəzifə öhdəlikləri:

-İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;

-Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;

-Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;

-İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.

-Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək

Tələblər:

-Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;

-Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları; 

-Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;

-Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları; 

-Analitik və strateji baxış bacarıqları;

-Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;

-Yüksək səviyyəli analitik bacarıqlar;

-Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;

-MS Office kompüter proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

-Nahar ilə təmin edilmə.

-Endirimli tibbi xidmət

-Əmək müqaviləsi

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Maliyyəçi-Analitik” yazaraq CV göndərməklə müraciət edilir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]