Vakansiya: Satış meneceri tələb olunur ( Logistika, nəqliyyat, ehtiyyat hissələri və avtoservis üzrə ixtisaslaşmış)

Satıcı


İşəgötürən: W&E Forward International Transport

Vakansiya: Satış meneceri ( Logistika, nəqliyyat, ehtiyyat hissələri və avtoservis üzrə ixtisaslaşmış)

Son tarix: 17 sentyabr 2022

İş barədə məlumat:

-Yük daşımaları sahəsində aktiv şəkildə yeni müştərilərin axtarışı və cəlb edilməsi;

-Ehtiyyat hissələrinin və yük avtomobilləri üçün servis xidmətinin satışı;

-Mövcud müştəri bazasının təkmilləşdirilməsi;

-Mövcud Hesabatlılıq sistemində, görülmüş işlərin və sair hesabatların tərtib edilməsi (CRM); 

-Kommersiya təkliflərinin tərtib edilməsi və müqavilələrin bağlanması;

-Logistika şöbəsi ilə birlikdə xidmətlərin dəyərinin hesablanması;

-Müştərilər ilə uzun müddətli, effektiv və dayanıqlı əlaqələrin yaradılması və qorunub saxlanılması;

-Müştərilər üzrə debitor və kreditor borclara nəzarət;

-Satış planının icrası;

-Əməliyyat məsələlərinin həlli;

-Şirkət daxilində struktur bölmələri ilə qarşılıqlı əlaqə;

-Şöbə rəhbərinə hesabat vermək, əks əlaqə.

Namizəd üçün tələblər:

-Yaş həddi: 25 – 40;

-Cinsi: Kişi;

-Ali təhsil (texniki, hüquqi və ya iqtisadi yönümlü);

-İş təcrübəsi: 2 il (Logistika, nəqliyyat, ehtiyyat hissələri, avtoservis və xarici ticarət xidmətləri sahəsində satış təcrübəsi vacibdir );

-Rus dilində sərbəst danışıq və yazışma bacarığı;

-MS ofis proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word);

-Böyük miqdarda məlumatla işləmə bacarığı;

-Məsuliyyətli, detallara qarşı diqqətli,operativlik və stressə davamlılıq;

-Tez öyrənən, ünsiyyətə açıq, istənilən şəxslə tez əlaqə qurmaq bacarığı; 

-İşgüzar ünsiyyət bacarıqları (müştəri şirkətin adi əməkdaşından təşkilatın top menecmentinə qədər);

-Müştəri yönümlü, müştərilərdən alına biləcək uğursuz nəticələrə qarşı soyuqqanlılıq və inadkarlıq bacarığı;

-Sürücülük vəsiqəsinin olması.

Əmək Şəraiti:

-AR – nın Əmək Məcəlləsinə uyğun sənədləşmə;

-İş Rejimi: Həftənin 5 günü;       

-Ünvan: Bakı şəhəri, C.Cabbarlı 605,Globus Center.

Əmək haqqı: Razılaşma yolu ilə.  

Son müraciət tarixi: 17.09.2022 

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]