Təcrübəçi axtarılır (tender və satınalma mütəxəssisi)
İşəgötürən – Erra Supply
Təcrübə dövründə öyrənəcəyi işlər:
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş, şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi izlənməsi və təhlilinin aparılması;
Maraq dairəsində olan elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
Tenderin şərtlər toplusunun əldə olunması üçün tələb olunan müraciət və ödənişin icra edilməsi;
Tenderə qatılmaq üçün sənəd toplusunun “Dövlət satınalmaları haqqında” AR qanunvericiliyə və tender elan etmiş təşkilatın tələbinə uyğun hazırlanması;
Xarici və yerli təchizatçıları araşdırmaq şirkətin müvafiq strukturuna yönləndirmək;
Tenderin predmetləri üzrə əldə olan baza qiymətlərinin şirkətin müvafiq strukturundan alınması;
Xarici ölkələrdəki istehsalçı və təchizatçılarla yazışmaların və danışıqların aparılması, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
Qiymətlərin araşdırılması, analizlərin aparılması və qiymət təklifinin formalaşdırılması və rəhbərliklə razılaşdırılması;
Logistika prosesinin təşkili və izlənilməsi;
Tender proseslərinin gedişi haqqında hesabatların hazırlanması;
Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması və s.
Gömrük işlərinin həll olunması üçün müvafiq sənədəşmə və sənədlərin brokerə göndərilməsi;
Gömrük xərclərinin(rüsum,ƏDV və s.) müvafiq hesablardan ödənilməsinin təşkili;
Sifarişlərin çatdırılmasının izlənməsi və təhvil-təslimin təşkili;
Tələblər:
Ali təhsil:
Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, təşəbbüskarlıq, planlama qabiliyyəti, problem həlletmə bacarığı, nəticəyönümlülük və punktuallılıq;
MS Excel, Word orta səviyyədə
Əmək şəraiti:
İş rejimi: 6 günlük iş həftəsi;
İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi;
Əmək haqqı: Sınaq müddəti tətbiq edilməklə, 350 AZN.
Əlaqə:
Namizdlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
1 gün, 14 saat, 22 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 20 saat, 11 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 19 saat, 3 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 19 saat, 37 dəq
- 1 həftə, 13 saat, 43 dəq