Superfon işçilər axtarır

Superfon yeni vakansiyalar tələb edir
1. Vakansiya: Marketinq üzrə mütəxəssis
Son tarix: 20 may 2022
Öhdəliklər:
-Bazarda yeni imkanların aşkarlanması və məhsulların tanıdılması;
-Marketinq layihələrinin fərdi olaraq icra edilməsi;
-Kategoriya menecerləri ilə danışıqların aparılması;
-Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
-Marketinq komunikasiyaları planının hazırlanması və icrasını həyata keçirmək;
-Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi, layihənin müəyyənləşdirilmiş büdcə və zaman çərçivəsində həyata keçməsinin təmin edilməsi;
-Görülmüş işlər barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi.
Tələblər:
-Marketinq sahəsində iş təcrübəsi – 2 ildən çox;
-Layihələrin icra olunması və reallaşdırılması təcrübəsi;
-Yüksək analitik düşüncə;
-Rəqəmsal marketinq anlayışının olması.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 gün tam iş qrafiki;
-Korporativ mobil nömrə.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Marketinq üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 30.05.2022
2. Vakansiya: Qrafik Dizayner
Son tarix: 20 may 2022
Öhdəliklər:
-Marketinq layihələrinin vizuallaşdırılması;
-Sosial media üçün kreativ dizaynların və məhsul dizaynlarının hazırlanması;
-Çöl reklamlarının, daxili bannerlərin, flyerlərin dizaynının hazırlanması;
-Poliqrafik məhsulların hazırlanması;
-Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması;
-Mağaza fasadları üçün düzgün ölçüdə və miqyasda logoların və mockup faylların hazırlanması.
-Digər poliqrafik məhsulların hazırlanması;
Tələblər:
-Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
-Tanınmış brendlərlə və ya bu sahədə ixtisaslaşmış agentlikdə təcrübə üstünlükdür
-Photoshop, Corel Draw, Adobe Illustrator və İndesign proqramlarını yüksək səviyyədə bilməli,
-Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi;
-Koloristikanın əsaslarını bilməli;
-Tipoqrafika anlayışı olmalıdır.
-Detallara qarşı diqqətli olmalıdır.
-Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalıdır
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 gün tam iş qrafiki;
-Korporativ mobil nömrə.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Qrafik dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 30.05.2022
3. Vakansiya: Online satış üzrə mütəxəssis
Son tarix: 20 may 2022
Öhdəliklər:
-Veb-sayt panelinin davamlı kontrolu, onlayn sifarişlərin qeydə alınması;
-Onlayn satışın şirkətin standartlarına və təlimatlarına müvafiq qaydada həyata keçirilməsi;
-Onlayn Satış Şöbəsinin məhsulları haqqında məlumatları öyrənmək, onları düzgün formada təqdim edilməsi;
-Məhsulların şəkil, təsvir və digər məlumatları ilə birgə tam şəkildə hazırlanması və veb-sayta yüklənməsi;
-Hazırlanmış məhsul məlumat bazasının uyğun formada saxlanılması;
-Onlayn satışla bağlı müştərilərin suallarının internet və telefon üzərindən cavablandırılmasına nəzarət;
-Sifarişlərin, sorğuların və trendlərin əsasında onlayn satışın inkişafı üçün təkliflərin hazırlanması;
-Müştərilərin təkliflərinin, şikayətlərinin onlayn formada qəbulu, müvafiq struktur bölməyə göndərilməsi və həllinə nəzarət;
-SEO backgorund üçün məlumatların yerləşdirilməsi;
-Görülmüş işlər barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi;
Tələblər:
-Online satış sahəsində iş təcrübəsi – 2 ildən çox;
-Yüksək analitik düşüncə;
-Rəqəmsal marketinq anlayışının olması.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Online satış üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 20.05.2022
Vakansiyalar
- 7 saat, 32 dəq
- 7 saat, 34 dəq
- 7 saat, 36 dəq
- 7 saat, 37 dəq
- 7 saat, 40 dəq