STP Global Cable mühəndis-elektrik axtarır
İşəgötürən: STP Global Cable
Vakansiya: Mühəndis-Elektrik
Son tarix: 30 oktyabr 2022
Tələblər:
-Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;
-Sahə üzrə minimum 3 il iş təcrübəsi;
-MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
-Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
-İşgüzar və məsuliyyətli olmalı;
-Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığına malik;
-Sahə üzrə sertifikatların olması arzuolunandır.
Hansı işləri görəcəksiniz:
-Yeni gərginlik dolablarının hazırlanmasını və elektrik sxemlərinə uyğun yığılmasını təmin etmək;
-Elektrik sxemlərini oxuyaraq yarana biləcək hər hansı nazsazlıqları aradan qaldırmaq;
-Daxil olan sorğulara əsasən alçaq və orta gərginlikli yuvaların normalarının hazırlanması;
-Material çeşidinin müəyyən edilməsi və maya dəyərinin hazırlanması üçün müvafiq prosedurların icra edilməsi;
-Avtomatik qurğuların və tənzimləyicilərin iş prinsiplərini bilmək və yarana biləcək nazsazlıqları vaxtında aradan qaldırmaq;
-Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
-Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
-Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
-İşlərində tələb olunan standartlara əməl etməli və görülən işin keyfiyyətə cavabdeh olmalı.
Nə əldə edəcəksiniz?
-Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-Elektrik” yazaraq 01.11.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 52 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 47 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 40 dəq
- 10 ay, 3 həftə, 3 gün, 10 saat, 25 dəq
-
11 ay, 5 gün, 5 saat, 56 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır