SOCAR-ın baş ofisində yeni vakansiyalar

Analitik


Karyerasını SOCAR-ın peşəkar komandasında davam etdirmək istəyən namizədlər üçün Baş ofisin Portfel idarəetməsi və investisiyalar üzrə monitorinqi Departamenti, həmçinin İnvestisiya analizi və tranzaksiyalar Departamentində vakansiyalar aktivdir.
Vakansiyala
r:
– Aparıcı iqtisadçı (Investisiyalar üzrə böyük analitik);
Link: https://bit.ly/3uoPtDz
– Aparıcı iqtisadçı (İnvestisiya üzrə böyük analitik (portfelin idarə edilməsi));
Link: https://bit.ly/3nEaNRU
– Aparıcı iqtisadçı (Performans üzrə böyük analitik);
Link: https://bit.ly/3NCU0Jj
– İqtisadçı (İnvestisiya üzrə analitik);
Link: https://bit.ly/3OL5j3y
SOCAR əməkdaşı olmağın üstünlükləri:
-Peşəkar iş mühiti;
– Rəqabətə davamlı əmək haqqı;
– Əməkdaşların davamlı peşəkar inkişafı;
– Şirkət hesabına xaricdə təhsil imkanı (Xarici Təqaüd Proqramı);
– Tibbi sığorta və inzibati binada fitnes zalı;
– Nahar təminatı və nəqliyyat xidməti.
Vakansiyalar üzrə vəzifə funksiyaları və tələblərlə tanış olmaq üçün göstərilən linklərə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.
Tələblərə cavab verən namizədlər mövzu yerində vakansiyanın adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]