Şirkətlər qrupu biznesin İnkişafı üzrə mütəxəssis axtarır

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Biznesin İnkişafı üzrə Mütəxəssis
Son tarix: 11 may 2022
Vəzifə tələblərinə xüsusi diqqət yetirilsin.
Vəzifənin rolu:
Biznesin İnkişafı üzrə Mütəxəssisin rolu, müqavilə danışıqları, şərtlər müzakirələri, təchizatçılara nəzarət və s. daxil olmaqla, əlaqələrin qurulmasından işin tamamlanmasına qədər layihələri həyata keçirməkdir.
Vəzifə öhdəlikləri:
-Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyət qurur
-Tenderlər, iş görüşləri, danışıqlar aparır
-Layihə tədarükçüləri və iştirakçılarını koordinasiya edir
-Müqavilə imzalanana qədər əlaqəli mövzularda biznes əməliyyatları heyəti və hüquqşunaslar arasında danışıqları koordinasiya edir
-Layihə tələblərini və cədvəlini yerinə yetirmələri üçün layihələrə nəzarət edir və müxtəlif layihə iştirakçıları arasında koordinasiyanı təşkil edir
Əsas tələblər:
Təhsil:
-Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya Biznesin inkişafı/satınalma/təchizat zənciri/layihənin idarə edilməsi sahəsində ali təhsil və sertifikatlaşdırma
Təcrübə:
-Biznesin inkişafı/satınalma/təchizat zənciri/layihənin idarə edilməsi sahəsində minimum 1 il təcrübə
Professional Biliklər:
-Satınalma/Təchizat Zənciri
-Layihənin idarəolunması
-Səlis İngilis dili
-MS Office Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
-İşgüzar ünsiyyət
-Danışıq bacarıqları
-Zamanın idarə edilməsi
-Tədqiqat bacarıqları
-Analitik düşüncə
-Nəticə yönümlülük
-Proaktiv düşüncə
-Problem həll etmə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat, 37 dəq
-
1 ay, 3 həftə, 6 gün, 21 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 5 saat, 6 dəq
- 2 ay, 5 gün, 4 saat, 56 dəq
- 2 ay, 5 gün, 4 saat, 59 dəq