Təlim və İnkişaf üzrə Menecer axtarılır

Menecer


İşəgötürən – Sinteks Group of Companies



Sinteks Şirkətlər qrupuna hal hazırda Təlim və İnkişaf üzrə Menecer tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Təlim və inkişaf üzrə menecer işçilərin effektivliyini və performansını artırmaq üçün təlim və inkişaf üsullarını strateji olaraq layihələndirir və tətbiq edir. Həmçinin təlim və inkişaf proqramlarını qiymətləndirir, işçilər üçün uyğun təlim həllərini müəyyənləşdirir və təşkil edir.

Vəzifə öhdəlikləri:

İşçilərin effektivliyini və performansını artırmaq üçün inkişaf üsullarını hazırlayır, həyata keçirir və təkmilləşdirir.

Satış işçiləri üçün satış və müştəri xidməti təlimləri keçirir.

Tamamlanmış təlim sessiyalarını qiymətləndirir və nəticələri təhlil edir.

İllik təlim və inkişaf ehtiyaclarının qiymətləndirilməsini aparır.

Menecerlərə və işçilərin inkişafında iştirak edən digər şəxslərə koaçinq sessiyaları keçir.

Əsas tələblər: 

Təhsil:

Müvafiq sahə üzrə ali təhsil

Təlim və İnkişaf sahəsi üzrə ixtisaslaşma

Təcrübə:

Təlim və İnkişaf sahəsində 5 il iş təcrübəsi

Professional biliklər:

Təlim və inkişaf metodlarını/proqramlarını tərtib edilməsi və həyata keçirilməsi.

İngilis dili yaxşı səviyyədə

MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

Təqdimat bacarıqları

Ünsiyyət bacarıqları

Müzakirə bacarıqları

Problem həll etmə

Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Menecer” qeyd edərək    [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]